ABŞ-dan önəmli göstəricilər və Dollar ucuzlaşması

06 Dekabr 2019

Dollarda ucuzlaşmanın davam edəcəyi proqnozları və əmtəə birjalarında tendensiyalar diqqət mərkəzindədir.

ABŞ-dan önəmli göstəricilər və Dollar ucuzlaşması

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri bu gün Bakı vaxtı ilə saat 17:30-da ABŞ-dan açıqlanacaq əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar öncəsi ucuzlaşmaqda davam edir. 

Lakin qiymətlər son üç ayın minimum səviyyələrinə kimi ucuzlaşa bilərlər. 

Bu səbəbdən də əmtəə birjalarında neft və qızıl qiymətlərində dayanıqlı tendensiya müşahidə edilir. Belə ki, Brent neftinin bir barel qiyməti 63$-ın üzərində və qızılın bir unsiya üzrə qiyməti son həftələrin maksimumlarında ticarət edilir.