ABŞ-dan qarışıq inflyasiya göstəriciləri

13 Mart 2018

Yanvar ayında inflyasiya aylıq müqayisədə azalsa da, illik müqayisədə yenidən 2%-lik həfəin üzərində artmaqdadır - foreks bazarlarında dollar ucuzlaşır.

ABŞ-dan qarışıq inflyasiya göstəriciləri

Amerikanın statistika idarəsinin çərşənbə axşamı verdiyi rəsmi məlumatlara görə, istehlak qiymətləri indeksi fevral ayında illik müqayisədə 2.2% artıb. Bu göstərici yanvar ayının göstəricisindən zəif də olsa, Amerika Mərkəzi Bankının (FED) 2%-lik hədəfinin üzərindədir. Analitiklər də illik inflyasiyanın 2.2%-ə kimi yüksələcəyini proqnozlaşdırırdılar. Lakin istehlak qiymətlərinin aylıq artım dinamikası 0.5%-dən 0.2%-ə kimi azalıb. 


Enerji və ərzaq məhsulları istisna olmaqla hesablanan, istehlak qiymətlərinin baza indeksində də illik artım dinamikası 1.8% səviyyəsində möhkəmlənsə də, aylıq artım dinamikası 0.3%-dən 0.2%-ə düşüb.  


Beləliklə, sonuncu dəfə əmək bazarı ilə bağlı qarışıq məlumatların açıqlanmasından sonra inflyasiya göstəricilərində də qarışıq fundamental göstəricilərin yayımlanmasının şahidi oluruq. 


Məlumatların açıqlanmasından sonra foreks bazarlarından dolların aparıcı valyutalara nisbətən orta qiyməti ucuzlaşıb.