ABŞ dolları nə üçün bahalaşır?

12 İyul 2019

ABŞ iqtisadiyyatının ən güclü hissəsi olan məşğulluq bazarı sayəsində dollar təkrar nəzarəti ələ aldı.

ABŞ dolları nə üçün bahalaşır?

İyun ayında 200 mindən artıq yeni iş yeri açılıb. Maaş artımı yavaşlasa, işsizlik nisbəti qismən artsa da, investorlar məşğulluq hesabatını uzun mövqeləri bərpa etmək üçün bir səbəb olaraq gördü. FED-in daha daha yumşaq monetar siyasətə keçmə ehtimallarına baxmayaraq ABŞ dollarının yüksəlməsinin sadə bir səbəbi var. Hazırda ABŞ iqtisadiyyatı rəqibləri ilə müqayisədə daha parlaqdı. İqtisadi rəqəmlə yuxarı yönlü surprizlərini davam etdirir və Amerika şirkətlərinə məxsus səhmlər və indekslər zirvələrə yaxın səviyyələrdə mövqelərini qoruyur. Tənqid olunmasına baxmayaraq, ABŞ prezidenti Donald Trampın ticarət siyasəti ABŞ-da sərmayə yatırımını ölkə xaricinə investisiya etməkdən daha cəlbedici edib.

ABŞ dolları ən çox ötən həftənin cümə günü bahalaşmışdı ki, Yeni Zellandiya dolları və funtun dollara qarşı ciddi dəyər itirdi. İnflyasiya göstəriciləri müsbət açıqlanacağı təqdirdə USD bahalaşma tendensiyasını bir müddət daha davam etdirə bilər.

Dolların bahalaşmasına daha çox təsir edən ABŞ-dan açıqlanan “NFP” göstəricisi oldu. İyun ayında 224 min yeni iş yeri yaradılmışdır ki, bu da 160 minlik gözləntini xeyli üstələyir. Əslində dolların bahalaşma tendensiyasının davamlılığı investorları təəccübləndirir. Çünki əmək bazarına dair göstəricilərin qalan hissəsi heç də ürəkaçan deyildi. Ümumi işsizlik səviyyəsi artmış və ən başlıcası, əmək haqqının artımı 0,2% səviyyəsində sabit qalmışdır.

Analitiklərin ehtimallarına görə dollar bu həftənin sonuna qədər artım tendensiyasını davam etdirə bilər. Ancaq “NFP”-nin yüksək açıqlanması FED üçün maaş artımında heç bir yaxşılaşma olmadan böyük əhəmiyyət kəsb etməyəcəyi düşünülür. "FOMC" üzvlərinin demək olar ki yarısı bu il bir azalmanın vacib olduğunu düşünür və qarışıq bir məşğulluq hesabatı fikirlərini dəyişdirmək üçün kifayət etməyə bilər. Bu həftə ərzində "FOMC"-un dərc olunan protokolları və FED sədri Povelin açıqlamaları faiz endirimi ehtimallarını daha da artırdı.

G20 zirvəsində ABŞ və Çinin  danışıqları bərpa etməyə razılıq verdiklərinə baxmayaraq, bu irəliləyişin gerçək olub olmadığını yalnız vaxt göstərəcək. Analitiklərin fikrincə, hədəf inflyasiya həddinə çatmaq üçün daha çox vaxt lazımdır və bu həftə açıqlanan İstehlak və istehsal qiymətləri indeksləri inflyasiya probleminin nə qədər dərin olduğunu plçməyə imkan verir. Qiymətlərdəki təzyiqlərin azalması halında faiz dərəcələrinin endirilməsi ehtimalları bir qədər də arta bilər. Ancaq “FOMC”- un növbəti toplantısına qədər birjalarda tendensiyanı müəyyənləşdirmək heç də asan olmaya bilər.