ABŞ dünyada neft təklifinin artmasına səbəb olur

11 Mart 2019

Beynəlxalq enerji bazarlarında ABŞ-ın önəmli rol oynaması və lider mövqeyə yüksəlməsi, tələb defisitinin azalmasına təsir edəcəyi gözlənilir.

ABŞ dünyada neft təklifinin artmasına səbəb olur

Beynəlxalq enerji agentliyinin (ing.: "IEA") bazar ertəsi açıqladığı hesabatına əsasən, ABŞ-ın şist nefti sayəsində ixracı 2024-cü ilə kimi artmaqda davam edəcəkdir. Dünya bazarlarında təklifin artmasında önəmli rol oynayacaq ABŞ, Rusiyanın ixracını da üstələyəcəkdir. 


Beləliklə, ABŞ dünyada neft istehsalının 70% artmasına səbəb olacaqdır və nəticədə xam neft ticarəti marşrutunun dəyişməsinə və geo siyasətə də təsir edəcəkdir. 


Tələb hissəsində isə təşkilat gələcək illərdə zəif artım proqnozlaşdırır. Bu isə daha çox Çində iqtisadi inkişafın zəifləməsi ilə əlaqələndirilir. Belə ki, 2024-cü ilə kimi günlük tələb 1.2 milyon barelə çata bilər. 


Lakin bununla yanaşı təşkilat tələbin artmasının dayanacağına dair bir işarə də görmür. 


Oktyabr ayında Səudiyyə Ərəbistanının gündəlik neft hasilatı 1.65 milyon barelə çatıb. Rusiyada isə artım gündəlik neft istehsalının 11.4 milyon barelə çatmasına səbəb olub. ABŞ-da da güclü artım müşahidə edilib və gündəlik neft hasilatını 11.6 milyon barelə çatdırmaqla, Rusiyanı keçib və dünya liderliyini qazanıb.