ABŞ ədliyyə nazirliyi Müller hesabatını tam açıqlayır

11 İyun 2019

Donald Tramp ətrafında siyasi risklərin artmasına səbəb olan qismən açıqlanan Müller hesabatı demokratların tələbilə tam açıqlanacaqdır.

ABŞ ədliyyə nazirliyi Müller hesabatını tam açıqlayır

Rusiya xüsusi araşdırmaçı Robert Müllerin hesabatı fonunda demokratlarla ədliyyə nazirliyi razılıq əldə ediblər. Belə ki, məhkəmə komitəsinin sədri Cerri Nadler bazar ertəsi verdiyi açıqlamasında ədliyyə nazirliyinin Müllerin önəmli qeydlərini açıqlamalı olduğu qərarını verməsini deyib. Qeydlərdə Müller hesabatının əsasını təşkil edən önəmli sübutlardan söhbət gedir. Əsas sual respublikaçı prezident Donald Trampın Rusiya araşdırmalarında Federal istintaq bürosuna mane yaratması ilə əlaqədardır. 


Müller işini mart ayının sonunda bitirərək ədliyyə naziri Vilyam Barra təqdim etmişdir. Bu hesabat bir neçə həftə sonra hissələrlə ictimaiyyətə açıqlanmışdı. Hesabatda Müller məhkəmə işinə müdaxiləyə dair suala dəqiq cavab vermir, şüphələrə qarşı sadəcə arqumentlər irəli sürür. Lakin may ayının sonlarında yeganə ictimai açıqlamasında Müller Trampı ittihamlardan azad hesab etməyib. 


Nadler nazirliklə razılaşmaya baxmayaraq, demokratların üstünlük təşkil etdiyi aşağı palatda çərşənbə axşamı Müller hesabatı ilə bağlı səsvermə keçiriləcəkdir. Qəbul olunacaq qətnamə ilə Nadler Barr və Trampın keçmiş advokatı Donald McQahndan parlamentin tələblərinə cavab vermələrini istəyəcəkdir. 


Nadler Barrı açıqlanan sübutlarla yanaşı gizlədilən hissəni də təqdim etməsini istəmişdi. Ədliyyə nazirliyi bu istəyi qəbul etməmişdi. Müller hesabatında önəmli şəxs sayılan McQahn məhkəmə komitəsinin dəvətini qəbul etməmişdi. Müllerin hesabatında Trampın araşdırmalara və McQahna qarşı yalnız bir neçə müdaxilə etməsi cəhdlərindən söhbət gedir.