ABŞ: Əmək bazarında mənfi tendensiya davam edir

10 Yanvar 2020

Amerikanın əmək bazarında işsizlik son 50 ilin minimumunda qalsa da məşğulların və əmək haqlarının artım dinamikasında azalma müşahidə edilir.

ABŞ: Əmək bazarında mənfi tendensiya davam edir

Amerikanın statistika idarəsinin cümə günü açıqladığı rəsmi məlumatlara əsasən, əmək bazarında işsizlik dekabrda proqnozlaşdırıldığı kimi 3.5% olub, məşğulların sayı isə aylıq müqayisədə 145 min nəfər artıb. İqtisadçılar isə 164 min nəfərlik artım ehtimal edirdilər. 

Bununla yanaşı, əmək haqlarında illik və aylıq artım dinamikaları müvafiq olaraq 2.9 və 0.1% açıqlanıb. Mütəxəssislər isə burada müvafiq olaraq 3.1 və 0.3%-lik artım ehtimal edirdilər. 

Qeyd etmək lazımdır ki, noyabrda məşğulların həcmində proqnozlaşdırılanın üzərində yüksək artım qeydə alınsa da əmək haqlarında azalma davam etmişdir. Beləliklə, məşğulların sayında noyabrda artımın olması, nəzəri olaraq dekabrda da əmək haqlarına müsbət təsir etməli idisə, dekabrda hər iki göstərici üzrə mənfi tendensiya davam edib. 

Məşğulların artım dinamikasında ortalama olaraq 2018-ci ilin mart ayından, əmək haqlarının illik artım dinamikasında 2019-ci ilin mart ayından etibarən azalma tendensiyası müşahidə edilir. 


SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%