ABŞ: Hökümət maliyyələşməsi qanunun qəbulu gözləntiləri

19 Yanvar 2018

ABŞ-da Senatda qəbul oluna biləcək qanun ətrafında qeyri-müəyyənlik, dollara olan təzyiqləri artırıb.

ABŞ: Hökümət maliyyələşməsi qanunun qəbulu gözləntiləri

Bu gün maliyyə bazarlarında ən önəmli hadisələr arasında Amerika hökümətində idarələrin maliyyələşməsi qanunu ətrafında müzakirələr var. Respublikaçılar və Demokratlar bu gün sözügedən qanunu razılaşdırmalıdırlar. Əks təqdirdə, dövlət idarələrinin bağlanması təhlükəsi var (ing.: "Government Shutdown"). Qanun Nümayəndələr Palatası tərəfindən təsdiqlənib və Senatda da təsdiqini gözləyir. Lakin Demokrtalar burada qanun un qəbulunun qarşısını ala bilərlər. Əsas fikir ayrılığı isə ABŞ-da uzun müddə yaşayan qanunsuz miqrantlar (ing.: "Dreamer") ilə bağlıdır. 

Bununla yanaşı, maliyyə bazarlarında güclü dalğalanmaya səbəb ola biləcək önəmli fundamental göstəricilər arasında, İngiltərənin pərakəndə satış dövriyyəsi ilə bağlı statistik göstəricilər və Miçiqan Universitetinin iqtisadi inam ilə bağlı indekdir. 

Qeyd etmək lazımdır ki, dolların aparıcı valyutalara nisbətən qiymətləri təzyiq altındadır. Belə ki, EUR/USD və GBP/USD məzənnələri müvafiq olaraq 1.22 və 1.39$-ın üzərində ticarət edilir.