05.08.2019 ABŞ höküməti FED-in təsirlərini azaltdı

05.08.2019
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

05.08.2019 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



Foreks bazarlarında dollar yenidən ucuzlaşmağa başladı. 

Beynəlxalq maliyyə bazarlarında ABŞ-ın Çinə qarşı yeni gömrük rüsumu qərarı qlobal iqtisadiyyatda təzyiqlərin yeni dalğasının başlayacağından xəbəb verir. Beləliklə, FED-in sonuncu faiz azaldılmasının müsbət təsirləri də artıq zəifləyib və dollar yenidən ucuzlaşmağa başlayıb. Nəticədə isə EUR/USD məzənnəsi dolların dəyər itirməsi fonunda 1.11$-a kimi bahalaşıb və 1.12$-a kimi də bahalaşa bilər. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 12 və 18:00-da müvafiq olaraq Avrozona və ABŞ-ın xidmət sektorları ilə bağlı dərc ediləcək önəmli statistik məlumatlar da diqqət mərkəzində saxlanılmalıdır. 


Türkiyədə inflyasiya riski və lirə. 

USD/TRY məzənnəsi isə Türkiyədə inflyasiyanın yenidən arta biləcəyi narahatlığı fonunda bahalaşıb. 5.60TL ətrafında dalğalanan məzənnə, 5.66TL-ni də yuxarı istiqamətdə qırarsa, 5.73TL-yə kimi də bahalaşa bilər. 

İnflyasiya ilə bağlı fundamental göstəricilər isə bu gün saat 11:00-da açıqlanacaqdır. 


Qlobal artan risklər və neftin ucuzlaşması. 

Qlobal siyasi və iqtisadi risklərin növbəti mərhələyə çatması, enerji birjalarında neftə olan tələbin də azalmasına səbəb olub. Belə ki, Avropanın Brent nefti 61$-a ticarət edilir və 59.41$-ı da aşağı istiqamətdə qırarsa, 56.53$-a kimi də ucuzlaşa bilər.