ABŞ ilə AB arasında ticarət münasibətlərində vəziyyət

27 İyul 2018

ABŞ-ın xarici ticarətdə defisiti son 10 ildə azalıb və yeni hökümət yeni siyasətilə bunu daha sürətləndirmək istəyir. Bu zaman AB nə qədər əziyyət çəkəcək?

ABŞ ilə AB arasında ticarət münasibətlərində vəziyyət

ABŞ ilə Avropa Birliyi arasında ticarət münasibətləri fonunda Amerika prezidenti Donald Trampın iddiası: Avropalılar Amerikaya daha çox məhsul satırlar. Lakin hesab daha dəqiq aparıldığı zaman münasibətlərin ədalətli qurulduğu görünür. 


ABŞ-ın yeni höküməti beynəlxalq ticarətdə ədalətsiz davranılmasından şikayət edir. Donald Tramp tez-tez "aldadılmaq"-dan danışır. Bu səbəbdən yeni hökümət özündə xarici ölkələrdən idxal olunan məhsullara qarşı gömrük rüsumlarının artırılması haqqını görür, xüsusilə də AB ölkələrindən idxal olunan dəmir və alüminimuma qarşı.


Amerika bu zaman xarici ticarət defisitini əsas gətirir. Bununla xarici ölkələrə ixrac etdiyindən daha çox idxal etdiyini göstərməyə çalışır. Bu iddia AB və xüsusilə, Almaniyaya qarşı da yönəlib. Lakin vəziyyət Amerika hökümətinin təqdim etdiyindən tamamilə fərqlidir.


Belə ki, Amerikanın AB ilə ticarət münasibətlərində xidmət və aktivlərdən gəlirləri sahəsindəki profisiti daha yüksəkdir. 2009-ci ildən ABŞ ilə AB arasında ticarət münasibətləri balanslaşdırılmış səviyyədədir. Donald Trampın hakimiyyətinin ilk ilində Amerikada məhsul ticarətində defisit 120 milyard avro idisə, profisiti xidmət sektorunda 40 milyard avro, Avropada həyata keçirilən investisiyalardan gəlir və dividentlərdə 80 milyard avro olub. Beləliklə, ABŞ ilə AB arasında ticarət münasibətlərinin balansı qurulduğu görünür. Bu, özünü cari əməliyyatlar balansında göstərir. Bu göstəricidə ticarət olunan məhsul dövriyyəsi ilə yanaşı, xidmət sektoru, şirkətlərin gəlirləri və faiz və dividentlər də nəzərə alınır.


Lakin ABŞ ilə AB arasında xarici ticarət münasibətləri balansı şəkildə qurulsa da, ümumilikdə ABŞ-ın digər ölkələrlə münasibətdə cari əməliyyatlar balansında defisit birinci rübdə 124.1 milyard dollara çatıb. 


Ümumi mənzərə ilə tanış olduğumuz zaman, 2008-ci ilin ikinci rübündə bu göstərici 183.0 milyard dollar idisə, son 10 ildə defisitin cari səviyyəyə kimi azaldığının şahidi oluruq və bundan sonra da azala biləcəyi proqnozlaşdırılır. 


Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ höküməti gömrük rüsumlarını artırmaqla, son 10 ildə azalan ticarət defisitini daha da azaltmağı planlaşdırır. Lakin Amerika hökümətinin AB ilə münasibətdə fərqli yanaşma sərgiləyə bilər. Bu fikir AB komissiyasının sədri Jon-Klaud Yunker ilə ABŞ prezidenti Donald Tramp arasında əldə edilən sonuncu razılaşma da gücləndirir. Detallar isə hələlik məlum deyil. 


Bu istiqamətdə müsbət irəliləyişlər əldə olunarsa, bu, özünü maliyyə bazarlarında da göstərə bilər. Belə ki, avronun qiymətində müsbət tendensiyaların şahidi ola bilərik. 


Qeyd etmək lazımdır ki, Amerikada yeni hökümətin xaricdən idxal olunan məhsullara gömrük rüsumlarının artırmağa başlaması, dünya iqtisadiyyatına qarşı təhddidlərin və iqtisadi inkişaf dinamikasının zəifləyəcəyi gözləntilərinin artmasına səbəb olub.