ABŞ ilə AB ilin sonuna kimi razılaşa bilər

11 İyul 2019

Avrozona iqtisadiyyatında müşahidə edilən yavaşlamaya səbəb ABŞ ilə ticarət razılaşması böhranının ilin sonuna kimi həll edilməsi gözlənilir.

ABŞ ilə AB ilin sonuna kimi razılaşa bilər

Almaniyanın iqtisadiyyat naziri Peter Altmayer ABŞ ilə Avropa birliyi arasında dondurulan ticarət böhranının həlli istiqamətində müsbət irəliləyişin olmasına çalışır. Çərşənbə günü Vaşinqtonda "German Marshall Fund"-da verdiyi açıqlamasında iki tərəf arasında istək olacağı təqdirdə ilin sonuna kimi ticarət sazişinin imzalanacağını gözlədiyini deyib.

Altmayer böhranın həllindən sonra alman şirkətlərinin Amerikanın istehsal sahələrinə investisiya edəcəklərindən əmin olduğunu da əlavə edib.  

Amerika höküməti AB ilə də ticarətdə itirdiyini düşünür və prezident Donald Tramp idxal olunan avtomobillərə xüsusi gömrük rüsumları tətbiq edəcəyini bəyan etmişdi. Lakin may ayında bu plan bir il müddətinə donduruldu. Məqsəd isə danışıqların aparılması və ABŞ ilə AB arasında ticarət sazişinin imzalanmasıdır. 

ABŞ ilə hökm sürən ticarət böhranı Almaniya iqtisadiyyatının zəifləməsinin əsas səbəbidir. Şirkətlərin yaşadığı qeyri-müəyyənlik investisiyalarının da azalmasına səbəb olur. AB ABŞ ilə bütün sənaye sahələrini, xüsusilə də avtomobil sənayesini əhatə edən razılaşma əldə etmək istəyir. Razılaşma ilə sənaye rüsumlarının aşağı salınması hədəflənir. ABŞ tərəfi isə kənd təsərrüfatı məhsullarını da sazişə daxil etmək istəyir və bu, AB-də etirazlaş qarşılanır. Əsas müqavimət tərəfi Fransadır. 


Bununla yanaşı, Fransa və ABŞ arasında digər mövzularda da böhran yaşanmaqdadır. Belə ki, Fransada tətbiqi planlaşdırılan milli rəqəmsal vergiyə qarşı ABŞ da tədbirlər görəcəyini bildirib. Yeni vergi planı beynəlxalq internet şirkətlərinə - "Google" , "Amazon", "Facebook" und "Apple" qarşı yönəlib. 


Qeyd etmək lazımdır ki, Almaniyanın avtomobil istehsalı şirkətləri ABŞ-da önəmli rol oynayır. Belə ki, Amerikada böyük istehsal zavodları fəaliyyət göstərir və məhsullar xarici ölkələrə də ixrac olunur.