ABŞ ilə Çin arasında ilk müsbət razılıq əldə olundu

02 Dekabr 2018

Argentinada keçirilən G20 zirvə toplantısında iştirak edən ABŞ və Çin arasında son aylardır davam edən ticarət müharibəsinin həll olunması razılaşdırılıb.

ABŞ ilə Çin arasında ilk müsbət razılıq əldə olundu

ABŞ ilə Çin aylardır davam edən gərgin ticarət münasibətləri fonunda fasilə verməyi razılaşıblar. Gəlinən razılığa əsasən, danışıqlar yenidən bərpa ediləcəkdir. Ağ Evin şənbə günü verdiyi açıqlamaya əsasən, hər iki tərəf gələcək 90 gün ərzində razılıq əldə etməyə çalışacaq. 


Razılıq Argentinada keçirilən G20 zirvəsində baş tutan şam yeməyindən sonra Donald Tramp ilə Si Tsinpin arasında əldə olunub. 


Unterdessen stimmte Peking zu, eine unbekannte, aber "sehr große" Menge an landwirtschaftlichen, energetische, industriellen und anderen Produkten zu kaufen, sagte das Weiße Haus in einer Erklärung.


Sentyabr ayında qərara alınan və yanvar ayından etibarən tətbiq edilməsi planlaşdırılan, 200 milyard dollarlıq idxal olunan Çin məhsullarına qarşı gömrük rüsumlarının 10%-dən 25%-ə kimi artırılması sanksiyasını ləğv edəcək, deyə Tramp danışıb. Buna qarşılıq olaraq isə Çin tərəfi hələlik müəyyən olunmayan, lakin "çox böyük" həcmdə kənd təsərrüfatı, enerji, sənaye və başqa məhsullar alacağını söz verib. Bununla yanaşı, Çin hollandiyalı NXP şirkətinin ABŞ şirkəti "Qualcomm" tərəfindən satınalınmasının qarşısını almayacaqdır. 


Gələcək aylarda xarici ticarət münasibətləri, texnoloji əməliyyatlar, intellektual mülkiyyət, ticarətdə qeyri-tarif maneələri, kiberhücum və kənd təsərrüfatı mövzularında razılıq əldə olunmasına çalışılacaqdır. 


Qeyd etmək lazımdır ki, Tramp görüş öncəsi razılığın əldə olunmaması təqdirdə, Çinin idxal olunan əlavə 267 milyard dollarlıq məhsullarına qarşı da yüksək rüsum tətbiq edəcəyini vurğulayırdı. 


Son aylar dünya ticarətində ölkələr arasında, xüsusilə də ABŞ və Çin arasında münasibətlərin pozulması, səhm bazarlarında kursların sürətlə ucuzlaşmasına və investorlar üçün güvənli liman maliyyə aləti rolunu oynayan dollara olan tələbin də artmasına səbəb olurdu.