ABŞ ilə Çin arasında münasibətlər yenidən gərginləşdi

06 May 2019

Keçən həftə ABŞ ilə Çin arasında baş tutan görüşdən sonra Tramp Çinə qarşı ittihamları irəli sürməyə başlayıb və münasibət yenidən gərginləşib.

ABŞ ilə Çin arasında münasibətlər yenidən gərginləşdi

ABŞ prezidenti Donald Tramp Çin ilə ticarət böhranı fonunda təzyiqi artırıb. Bu həftə iki ölkə nümayəndələri arasında baş tutacaq görüş öncəsi, Amerika prezidenti sürpriz açıqlama edib. Belə ki, Tramp Çindən idxal olunan 200 milyard dollar dəyərində məhsullara xüsusi rüsumların 10%-dən 25%-ə kimi artırıla biləcəyini yazıb. 


Tramp əsaslandırmasında iki ölkə arasında danışıqların ləng getdiyini deyib. Çinin danışıqlarda yeni təkliflər etməsi ilə ABŞ prezidenti razı deyil.  Amerika tərəfi 25%-lik rüsumu bütün Çin məhsullarına tətbiq edə biləcəyini də deyib. 


Pekin tərəfi isə çərşənbə günü Vaşinqtonda baş tutacaq görüşü ləğv edib. "Wall Street Journal" bazar ertəsi yazısında münasibətlərin gərginləşdiyi bir vaxtda görüşə davam etməyəcəklərini yazıb.