ABŞ ilə Çin arasında müqavilə imzalanacaq

09 Yanvar 2020

Beynəlxalq maliyyə bazarlarında ABŞ ilə Çin arasında münasibətlərin yaxşılaşmasına dair xəbərlər yayımlanması investorların diqqət mərkəzindədir.

ABŞ ilə Çin arasında müqavilə imzalanacaq

Çinin vitse prezidenti Liu He gələn həftənin əvvəli ticarət müqaviləsinin birinci mərhələsinin imzalanması üçün ABŞ-a, Vaşinqtona səyahət edəcəkdir. ABŞ prezidenti Donald Tramp isə müqavilənin çərşənbə günü imzalanacağını artıq Ağ Evdən bəyan edib. 

Qeyd etmək lazımdır ki, gələn həftənin bazar ertəsindən çərşənbə gününə kimi səyahətin Pekində ticarət nazirliyi tərəfindən təsdiq edilməsi, müqavilənin I mərhələsinin imzalanacağına dair Çin tərəfindən ilk rəsmi açıqlamadır. 

Qeyd etmək lazımdır ki, ABŞ ilə Çin arasında ticarət müqaviləsinin ilkin mərhələsinin imzalanması, dünya iqtisadiyyatının inkişafına müsbət və qlobal siyasi-iqtisadi risklərin azalmasına təsir edir.