ABŞ ilə Çin arasında növbəti görüş başlayır

30 Yanvar 2019

Amerika ilə Çin arasında uzun müddətdir davam edən ticarət böhranın həll edilməsi istiqamətində bu həftə növbəti görüş planlaşdırılır.

ABŞ ilə Çin arasında növbəti görüş başlayır

ABŞ və Çin aylardır davam edən iki ölkə arasında ticarət böhranı fonunda yeni danışıqlara başlayırlar. Belə ki, Çinin nümayəndə heyətinin çərşənbə günü Vaşinqtonda iki günlük səfəri başlayır. ABŞ tərəfi bugünə kimi mart ayının əvvəlinə kimi növbəti razılığın əldə olunmasına qarşı  "nikbin olsa da ehtiyatlı"-dır. Bunun üçün isə Amerika Çindən strukturlu dəyişikliklər gözləyir. 


İki ölkə bir birilərinə qarşı xüsusi gömrük rüsumları tətbiq etməklə, ticarət münaqişəsinə daxil olublar. Belə ki, artıq Çindən idxal olunan məhsullarının təqribən yarısı xüsusi gömrük rüsumları ilə yüklənib. Beləliklə, dünyanın iki ən böyük ölkəsi bu vəziyyətdən əziyyət çəkməyə başlayıblar. Bu istiqamətdə artıq Çinin iqtisadi inkişaf gücü fonunda gözləntilər aşağı salınıb. ABŞ-da da böyük istehsal şirkətləri Çin bazarlarında tələbin azalması fonunda xəbərdarlıq ediblər. 


Dekabr ayının əvvəlində Tramp ilə Çinin dövlət başçısı Si Tsinpin mart ayının 1-inə kimi "90 günlük sülhdövrü" razılaşdırıblar. Yanvar ayının əvvəli isə ABŞ nümayəndə heyəti Çinə səfər etdi. Bu həftə isə Amerikanın paytaxtında görüşlərin ardı planlaşdırılır. Bundan öncə isə danışıqların necə davam edəcəyi qeyri-müəyyən idi.