ABŞ ilə Çin arasında ticarət böhranı 90% həll olunub

26 İyun 2019

Amerikanın maliyyə naziri Stiv Mnuçin ABŞ ilə Çin arasında davam edən ticarət savaşının 90% nisbətində tamamlandığını deyib.

ABŞ ilə Çin arasında ticarət böhranı 90% həll olunub

Bu gün ABŞ-ın xəzinədarlıq katibi Stiv Mnuçin ABŞ ilə Çin arasında davam edən ticarət savaşının 90% nisbətində tamamlandığını bildirib. 


Mnuçin “CNBC”-yə verdiyi müsahibəsində deyib: "Biz müqavilənin təxminən 90 faizini razılaşdırmışıq və mən bunu başa çatdırmaq üçün bir yol olduğunu düşünürəm.


ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Tsinpin 11 aylıq ticarət müharibəsini müsbət həll ediləcəyi ümidilə bu həftə Yaponiyada keçiriləcək G20 zirvəsində görüşəcək.


Mnuçinin sözlərinə görə, ABŞ sanksiyalarının İranla problemin həll edilməsi üçün "işləməsinə" inanır.