ABŞ ilə Çin danışıqlarına dair Trampdan müsbət tvitt

25 Fevral 2019

Beynəlxalq bazarlarda ABŞ ilə Çin arasında ticarət böhranı investorların diqqət mərkəzində qalmaqdadır və xəbərlər qiymətlərdə dalğalanmaya səbəb olur.

ABŞ ilə Çin danışıqlarına dair Trampdan müsbət tvitt

ABŞ ilə Çin arasında ticarət böhranı fonunda gömrük rüsumlarının artırılması qərarının vaxtı uzadılıb. Bu haqda məlumatı ABŞ prezidenti Donald Tramp tvitter hesabında paylaşıb. 


Bununla yanaşı, prezident danışıqlarda əlavə müsbət irəliləyişin olacağı təqdirdə Çin hökümət başçısı ilə də görüşəcəyini bildirib və həftə sonunu ABŞ və Çin üçün çox müsbət qiymətləndirib. 


Qeyd etmək lazımdır ki, iki ölkə arasında böhranın həll olunması üçün dekabr ayında mart ayının 1-inə kimi 90 günlük "sülh dövrü" razılaşdırmışdılar. ABŞ tərəfi mart ayının 1-inə kimi razılığın əldə olunmaması şəraitində Çindən idxal olunan 200 milyard dollar həcmində məhsullara gömrük rüsumunu 10%-dən 25%-ə kimi artıracağını bəyan etmişdi.