ABŞ ilə Çindən müsbət xəbər

12 Dekabr 2018

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində sürətli bahalaşma investorların diqqət mərkəzində.

ABŞ ilə Çindən müsbət xəbər

Beynəlxalq valyuta birjalarında ABŞ ilə Çin arasında xarici ticarət münasibətlərinin düzəldilməsi istiqamətində irəliləyişlərin olması xəbərləri, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin 0.7% bahalaşmasına səbəb olub.


Blumberq agentliyinin çərşənbə axşamı yayımladığı xəbərlərə əsasən, Çin ABŞ-dan idxal olunan avtomobillərə gömrük rüsumlarını azaltmağı planlaşdırır. Belə ki, Çin tərəfindən tətbiq edilən 40%-lik cari gömrük rüsumlarının 15%-ə kimi azaldılması təklifini hökümət gələcək günlərdə təhlil etmək istəyir. Bununla yanaşı, təklifə dəyişikliklər də əlavə ola bilər. 


Hər iki ölkənin nümayəndələri çərşənbə axşamı telefon danışı həyata keçiriblər. Bu zaman çinli top meneceri Menq Wanhaun Kanadada həbs edilməsi fonunda yaranan siyasi böhrana baxmayaraq, danışıqların davam etdirilməsi qərar alınıb. 


Qeyd etmək lazımdır ki, bu il Çin Amerika avtomobillərinə gömrük rüsumlarını 25%-dən 40%-ə yüksəltmişdi. Almaniyanın ABŞ-da istehsal olunan "Daimler" və "BMW"-nin "SUV" tipli  avtomobilləri də bu qərardan böyük zərər görüb. Avropadan idxal olunan avtomobillərə isə rüsumlar 15%-ə kimi azaldılmışdı. Keçən həftənin çərşənbə günü Çinin texnologiya şirkəti "Huawei"-in maliyyə sədrinin Kanada polisi tərəfindən saxlanılması və ABŞ hökümətinin onlara təslim edilməsini tələb etməsi xəbərləri, iki ölkə arasında münasibətləri yenidən korlamışdı. Çin tərəfi Kanada hökümətini insan haqlarının pozulması ilə ittiham edir.  Şirkətin maliyyə sədri eyni zamanda şirkətin yaradıcı Ren Çengfeyin qızıdır. Son məlumatlara əsasən, 3 günlük məhkəmə işindən sonra 7.5 milyon dollarlıq pul girovu ilə Menq azad edilib, lakin "GPS" avadanlığı daşımalıdır. 


EUR/USD məzənnəsi də nəticədə 1.13$-a kimi ucuzlaşıb və cari həftənin minimum səviyyəsi altında qalarsa, 1.12$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.


Neftdə bahalaşma proqnozları

Enerji bazarlarında isə Avropanın Brent markalı neftinin bir barel qiyməti 61$-a ticarət edilməkdədir. Dolların qiymətlərində bahalaşma, enerji bazarlarında da qiymətlərə mənfi təsir edir. Lakin təhlillərə əsasən, qiymət 61$-ın üzərində möhkəmlənərsə, yenidən 63$-a kimi dəyər qazana bilər.