ABŞ-ın 2-ci rüb üzrə inkişaf səviyyəsi açıqlanacaq

29 Avqust 2018

Amerikanın istehlak bazarı ilə bağlı göstəricilər dollar indeksinin bahalaşmasına təsir edib və bu gün də yüksək dalğalanma gözlənilir.

ABŞ-ın 2-ci rüb üzrə inkişaf səviyyəsi açıqlanacaq

Dünya valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri avqust ayının minimum səviyyələrinə kimi ucuzlaşdıqdan sonra Amerika sessiyasında 0.4% bahalaşıb. Bahalaşmaya səbəb isə Amerikada istehlak səviyyəsinin son 17 ilin maksimum səviyyəsinə yüksəlməsidir.


Nəticədə EUR/USD və GBP/USD məzənnələri də müvafiq olaraq 1.17$ və 1.29$-ın altında ticarət edilirlər. USD/TRY məzənnəsi isə 6.29TL-yə kimi bahalaşıb.


Bununla yanaşı bu gün Bakı vaxtı ilə saat 16:30-da yayımlanacaq Amerikanın ikinci rüb üzrə iqtisadi inkişaf səviyyəsi ilə bağlı önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir. Göstəricilər zəif açıqanarsa, bu, dolların ucuzlaşmasına, müsbət açıqlanarsa, bahalaşmasına təsir edə bilər.