ABŞ-ın Çin ilə ticarət defisiti daha da artıb

13 Aprel 2018

Dünya birjalarında narahatlıqların artdığı bir dövrdə, Amerika ilə Çin arasında mənfi ticarət saldosu birinci rübdə daha da artıb.

ABŞ-ın Çin ilə ticarət defisiti daha da artıb

Pekin ilə Vaşinqton arasında ticarət münaqişəsinin böyüməsi təhlükəsi ərəfəsində, ABŞ və Çin arasında ticarət defisiti daha da artıb. Cümə günü Çinin gömrük idarəsinin verdiyi rəsmi məlumatlara əsasən, ABŞ ilə Çin arasında mənfi ticarət saldosu birinci rübdə rüblük müqayisədə 58.2 milyard dollara kimi 19.4% artıb. Məlumatlarda Çinin ABŞ-a ixracı birinci rübdə 99.9 milyard dollara kimi 14.8% artdığı göstərilib. İdxal həcmi isə 41.67 milyard dollara kimi 8.9% artıb. 


Qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Tramp yeni ticarət siyasəti ilə ticarət balansını normallaşdırmağa çalışır. ABŞ sonuncu dəfə 150 milyard dollar həcmində gömrük rüsumları tətbiq etməyə başlayıb. Çin isə öz növbəsində Amerikanın tətbirlərinə qarşı, cavab verə biləcəyini açıqlayıb. Beləliklə, iki böyük iqtisadiyyatlar arasında müşahidə edilən kritik münasibətlər, dünyada ticarət müharibəsi fonunda narahatlıqların artmasına səbəb olub.