ABŞ-ın əmək bazarı diqqət mərkəzində

07 Mart 2019

Beynəlxalq valyuta birjalarında bu gün açıqlanacaq önəmli məlumatlar arasında ABŞ-ın əmək bazarına dair göstəricilər də yer alır.

ABŞ-ın əmək bazarı diqqət mərkəzində

Bu gün treyderlərin diqqət mərkəzində olan əsas fundamental xəbərlərdən biri də ABŞ-da işsizlik müavinəti üçün müraciət ərizələrinin sayı ilə bağlıdır. Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq statistik rəqəmlərə baxdıqda müraciət ərizələrinin sayında dəyişikliyin olmaması gözlənilir. Qeyd edək ki, ötən həftə bu göstərici 225 min ərizə sayı təşkil edirdi. Proqnozlar öz təsdiqini taparsa, dolların indeksində mövcud tendensiyanın davam edəcəyi ehtimal edilir.