ABŞ-ın əmək bazarı ilə bağlı göstəriciləri gözlənilir

01 Fevral 2018

Cümə günü açıqlanacaq önəmli fundamental məlumatlar foreks bazarlarında dolların qismən bahalaşmasına təsir edə bilər.

ABŞ-ın əmək bazarı ilə bağlı göstəriciləri gözlənilir

Avroda korreksiya 1.23$-a kimi davam edə bilər. 

Dünya valyuta birjalarında avronun qiyməti 1.25$-ın altında ticarət edilməkdədir və sözügedən səviyyənin altında qaldıqca, korreksiyasının 1.2273$-a kimi davam edə biləcəyi proqnozlaşdırılır. Keçən həftə EUR/USD məzənnəsi 1.25$-a kimi 3% bahalaşaraq, son üç ilin maksimum səviyyəsini yenilədikdən sonra qismən ucuzlaşıb.


Neft və qızıl maksimum səviyyələrdə. 

Əmtəə bazarlarında da neft və qızılın qiymətləri maksimum səviyyələrə yaxın mövqelərdə ticarət edilməkdədir. Belə ki, qızılın bir unsiya üzrə qiyməti 1340$-ın üzərində, Avropanın Brent neftinin bir barel qiyməti isə 69$ ətrafında ticarət edilməkdədir.


ABŞ-ın əmək bazarı ilə bağlı göstəriciləri gözlənilir. 

Bununla yanaşı, sabah Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatların da beynəlxalq maliyyə bazarlarında güclü dalğalanmalara səbəb ola biləcəyi gözlənilir.