ABŞ-ın əmək bazarı statistik göstəriciləri gözlənilir

04 May 2018

Amerikanın əmək bazarı ilə bağlı statistik göstəriciləri, bu gün dünya valyuta birjalarında volatilliyin artmasına təsir edə bilər.

ABŞ-ın əmək bazarı statistik göstəriciləri gözlənilir

Dünya valyuta birjalarında Amerika iqtisadiyyatı ilə bağlı fundamental göstəricilərin də artıq zəif açıqlanması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin də ucuzlaşmasına təsir edir. Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı statistik göstəricilər də investorların diqqət mərkəzindədir. 


EUR: 1.21$ yenidən sınağa çəkilə bilər bilər. 

EUR/USD məzənnəsi 1.20$ ətrafında ticarət edilməkdədir və qiymət 1.20$-ın üzərində möhkəmlənərsə, 1.2050 və 1.2119$-a kimi də bahalaşa bilər.


Qızıla olan tələb arta bilər. 

Əlvan metallar bazarlarında isə qızıla tələb yenidən artıb və 1313$-ın üzərində ticarət edilməkdədir. Təhlillərə əsasən, qiymətin əlavə olaraq 1318 və 1326$-a kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır.