ABŞ-ın əmək bazarında artımlar ehtimal edilir

05 Aprel 2019

ABŞ-ın əmək bazarında tendensiyanın zəifləməsi müşahidə edilsə də gələcək aylar üçün müsbət gözləntilər formalaşa bilər.

ABŞ-ın əmək bazarında artımlar ehtimal edilir

Amerikanın statistika idarəsi bu gün Bakı vaxtı ilə saat 16:30-da ölkədə mart ayı ərzində qeyri-kənd təsərrüfatında məşğulların sayı (ing.: "NFP"), eləcə də ümumi işsizlik səviyyəsi ilə bağlı statistik rəqəmləri açıqlayacaqdır. Analitiklər mart ayı üçün 175 yeni iş yerinin açılacağını proqnozlaşdırırlar. Ümumi işsizlik səviyyəsində  isə fevral ayında olduğu kimi 3.8% qalacağı ehtimal edilir.  Beləliklə, ümumilikdə ABŞ-ın əmək bazarında tendensiyanın zəifləməsi müşahidə edilsə də gələcək aylar üçün müsbət gözləntilərin əsası qoyulduğunu deyə bilərik. Lakin digər tərəfdən nəzərə almaq lazımdır ki, dekabr ayında da 300 min nəfərin üzərində "NFP"-nin açıqlanmasına baxmayaraq, yanvar ayında işsizlik artmaqda davam edib. Əmək haqlarında artımın zəifləməsi də diqqət mərkəzində saxlanılmalıdır. Amerikada qeyri-kənd təsərrüfatı sahələrində işləyənlərin sayı ümumi istehsalatda işləyənlərin 80%-i təşkil etdiyi üçün "NFP" göstəricisi Amerikanın əmək bazarındakı gələcək vəziyyəti ölçmək üçün daha önəmli rol oynayır.


Məhz bu səbəbdən də proqnozların öz təsdiqini tapacağı təqdirdə, dollar maliyyə bazarlarında ciddi dəyər qazana bilər.