ABŞ-ın əmək bazarında maaş zəif artmaqda davam edir

05 İyul 2019

Amerikanın əmək bazarında tam işsizlik höküm sürsə də əmək haqlarında artım zəif olmaqda qalır və bu, FED-ə olan təzyiqləri də artırır.

ABŞ-ın əmək bazarında maaş zəif artmaqda davam edir

Amerika hökümətinin cümə günü açıqladığı rəsmi məlumatlara əsasən, iyun da qeyri-kənd təsərrüfatında məşğulluq 224  in nəfər artmaqla yanaşı, işsizlik də 3.7%-ə yüksəlib. Bununla yanaşı, əmək haqlarında illik artım dinamikası 3.1%-də qalıb, aylıq dinamika isə 0.2%-ə geriləyib. 


Ümumilikdə Amerikanın əmək bazarında məşğulluq səviyyəsində vəziyyət yaxşı olsa da bu, özünü əmək haqlarında göstərmir. Belə ki, orta saatlıq əmək haqlarında illik artı cari ilin fevral ayında 3.4% ilə maksimumlar yaratsa da yenidən geriləmə müşahidə edilir. Əmək haqlarının aylıq artım dinamikasında isə 0.4% son bir ilin, 0.5% son on iki ilin maksimum səviyyələridir. 


Qeyd etmək lazımdır ki, Amerika mərkəzi bankı (FED) ölkədə 2%-lik inflyasiyanın qorunmasına çalışır. Bu istiqamətdə isə əmək haqlarını diqqətlə izləyib, buna uyğun monetar siyasətini müəyyən edir. ABŞ-da inflyasiya 1.8%-dir.