ABŞ-ın əmək bazarında müsbət dinamika

06 Dekabr 2019

Amerikanın əmək bazarı ilə bağlı göstəricilər iqtisadçıların proqnozlarını üstələyib.

ABŞ-ın əmək bazarında müsbət dinamika

Amerikanın statistika idarəsinin cümə günü açıqladığı rəsmi məlumatlara əsasən, qeyri-kənd təsərrüfatı sahələrində işləyənlərin sayı noyabrda 266 min nəfər artmaqla, işsizlik 3.5%-ə düşüb. Mütəxəssislər isə məşğulların sayında yalnız 186 min nəfər artımın və işsizlikdə dəyişikliyin olmayacağını ehtimal edirdilər. 

Bununla yanaşı, əmək haqların aylıq müqayisədə artım dinamikası 0.2%-ə düşsə də illik dinamika proqnozu (3.0%) 3.1% ilə üstələyib.