"NFP" xəbərindən sonra dollar indeksi ucuzlaşdı

08 Dekabr 2017

Bu gün açıqlanan göstəricilərin artıq əvvəlcədən nəzərə alınması, dollarda bugünkü potensial hərəkət artıq keçmiş oldu. Bazarlar yeni məlumatlar gözləyir.

"NFP" xəbərindən sonra dollar indeksi ucuzlaşdı

Amerikanın statistika idarəsinin cümə günü verdiyi rəsmi məlumatlara görə, ölkədə noyabr ayı ərzində qeyri-kənd təsərrüfatında məşğulların sayı (ing.: "NFP") 228 000 nəfər artsa da, işsizlik səviyyəsi 4.1%-də qalıb. Əmək haqlarında isə oktyabr ayında 0.1%-lik azalmadan sonra noyabrda 0.2%-lik artım müşahidə edilib. Analitiklər məşğulların sayında 200 000 nəfər artım, işsizlik səviyyəsində dəyişikliyin olmayacağını, əmək haqlarında isə 0.3%-lik artımın olacağını gözləyirdilər.

Məlumatların açıqlanmasından sonra dünya birjalarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti ucuzlaşmağa başlayıb. Bu, dollar indeksinin son günlər artıq kifayət qədər bahalaşması ilə əlaqədar ola bilər. Beləliklə, foreks bazarlarında son iki həftə ərzində 1.7% dəyər qazanan dollar, 93 punkta kimi korreksiyaya başlaya bilər. Dollar indeksinin təhlili üzrə mütəxəssislərin fikrincə, artım dalğasının daha da sürətlənməsi üçün gələcək günlərdə 94 punkt önəmli rol oynayacaqdır, Belə ki, qiymət bu səviyyənin üzərində möhkəmlənərsə, artım dalğası 96 punkta kimi güclənə bilər. 

Qeyd etmək lazımdır ki, Amerikada qeyri-kənd təsərrüfatı sahələrində işləyənlərin sayı ümumi istehsalatda işləyənlərin 80%-i təşkil etdiyi üçün "NFP" göstəricisi Amerikanın əmək bazarındakı gələcək vəziyyəti ölçmək üçün önəmli göstəricidir.