ABŞ-ın əmək bazarında zəifləmə ehtimalları

07 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında gələcək aylar ərzində Amerikanın ümumi işsizlik səviyyəsində artımların müşahidə edilə biləcəyi proqnozlaşdırılır.

ABŞ-ın əmək bazarında zəifləmə ehtimalları

Amerikanın statistika idarəsi bu gün Bakı vaxtı ilə saat 16:30-da ölkədə may ayı ərzində qeyri-kənd təsərrüfatında məşğulların sayı (ing.: "NFP"), eləcə də ümumi işsizlik səviyyəsi ilə bağlı statistik rəqəmləri açıqlayacaqdır. Analitiklər may ayı üçün 185 min yeni iş yerinin açılacağını proqnozlaşdırırlar. Müqayisə üçün qeyd edək ki, aprel ayında bu rəqəm 263 min təşkil edirdi. Ümumi işsizlik səviyyəsində  isə aprel ayında olduğu kimi 3.6% qalacağı ehtimal edilir.

 

Beləliklə gələcək aylar ərzində ümumi işsizlik səviyyəsində də artımlar müşahidə edilə bilər.

 

Əmək haqlarında artımın zəifləməsi də diqqət mərkəzində saxlanılmalıdır.

 

Amerikada qeyri-kənd təsərrüfatı sahələrində işləyənlərin sayı ümumi istehsalatda işləyənlərin 80%-i təşkil etdiyi üçün "NFP" göstəricisi Amerikanın əmək bazarındakı gələcək vəziyyəti ölçmək üçün daha önəmli rol oynayır.

 

Məhz bu səbəbdən də proqnozlar öz təsdiqini tapacağı təqdirdə, dollar maliyyə bazarlarında zəifləyə bilər.