ABŞ-ın əmək bazarından məlumatlar diqqət mərkəzində

14 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında böyük maraqla gözlənilən ABŞ-ın əmək bazarına dair göstəricilər dolların bahalaşmasına səbəb ola bilər.

ABŞ-ın əmək bazarından məlumatlar diqqət mərkəzində

ABŞ-da işsizlik müavinəti almaq üçün müraciət ərizələrinin sayında azalma gözlənilir. 


Statistik rəqəmlərə baxsaq, bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq xəbərdə ərizə sayının 234 mindən 225 minə qədər azalmanın gözlənildiyini görərik. 


Proqnozlar öz təsdiqini taparsa, dollar bahalaşmaq üçün növbəti fundamental səbəb əldə etmiş olacaq.