ABŞ-ın əmək bazarından müsbət xəbər

02 Avqust 2019

Beynəlxalq maliyyə bazarlarında Amerikanın əmək bazarında əmək haqlarında artımın proqnozlaşdırılandan yüksək açıqlanması müsbət qiymətləndirilir.

ABŞ-ın əmək bazarından müsbət xəbər

ABŞ-ın əmək bazarında məşğulların sayında dəyişiklik təəccübləndirməsə də əmək haqlarında artımlar proqnozları üstələyib. Xarici ticarət dövriyyəsində də proqnozlar özünü doğrultmasa da müsbət tendensiya müşahidə edilib. 

Amerikanın statistika idarəsinin cümə günü yayımladığı rəsmi məlumatlara əsasən, kənd təsərrüfatı sahələri istisna olmaqla qeydə alınan məşğullarında sayında iyul ayında 164 min nəfərlik artım olub. Bu göstərici iyun ayında 193 min nəfər olmaqla iyul ayında 164 min nəfər proqnozlaşdırılırdı. İşsizlik nisbəti də iyul ayında proqnozlaşdırıldığı kimi 3.7% olub. 

Əmək haqlarında illik artım 3.2%, aylıq artım 0.3% olub. Sözügedən göstəricilər müvafiq olaraq iyun ayında 3.1 və 0.2% olmaqla, dəyişikliyin də olacağı proqnozlaşdırılmırdı. 

Bununla yanaşı, statistika idarəsi xarici ticarət balansı ilə bağlı da məlumatlar dərc edib. Balansda mənfi saldo iyunda 55.2 milyard dollar olub. May ayında göstərici 55.3 milyard olmaqla, iyunda 54.60 milyard dollara kimi azalması ehtimal edilirdi. İxrac 210.7 milyard dollardan 206.3 milyard dollara, idxal isə 266.0 milyard dollardan 261.5 milyard dollara kimi azalmışdır. Beləliklə, iyunda idxalın daha çox azaldığı müşahidə edilir. 

Qeyd etmək lazımdır ki, Amerikanın Çin ilə ticarət defisiti təqribən 30 milyard dollar olub. Beləliklə, burada keçən ay ilə müqayisədə böyük dəyişiklik olmayıb. Lakin ümumilikdə Çin ilə ticarət saldosu ümumi defisit səviyyəsinə uyğun xroniki olaraq dəyişir, çünki ABŞ Çindən daha çox məhsul idxal edir, nəinki ixrac. Bu isə hazırki höküməti narahat edir və dayanıqlı ticarət münasibətlərinə çalışır.