ABŞ-ın əmək bazarından zəif göstəricilər

14 Fevral 2019

ABŞ-ın əmək bazarı ilə bağlı fundamental məlumatların proqnozların əksinə olaraq mənfi açıqlanması, bazar iştirakçıları tərəfindən narahatlıqla qarşılanıb.

ABŞ-ın əmək bazarından zəif göstəricilər

Bu gün Bakı vaxtı ilə saat 17:30-da ABŞ-ın əmək bazarındakı vəziyyət ilə bağlı növbəti göstəricilər açıqlandı. 


İşsizlik müavinəti üçün müraciət ərizələrinin sayının 225 minə qədər azalacağı ehtimal edilsə də nəticə gözlənilənin əksinə olaraq, 239 min olaraq dərc edildi. 


Müqayisə üçün qeyd edək ki, bu göstərici keçən həftə 235 min idi. Ardıcıl gələn neqativ iqtisadi göstəricilər fonunda dolların Amerika sessiyasında dəyər itirməsi proqnozlaşdırılır.