ABŞ-ın fond indeksləri, dollar və neftdə ucuzlaşma

08 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün ABŞ-ın fond indekslərində, dolların və neft qiymətlərində müşahidə edilən ucuzlaşma diqqət mərkəzində olacaqdır.

ABŞ-ın fond indeksləri, dollar və neftdə ucuzlaşma

Avropa iqtisadiyyatında risklər ABŞ-da da narahatlıqla izlənilir. 

Dünya maliyyə bazarlarında Avropa iqtisadiyyatının zəifləyə biləcəyi proqnozları özünün mənfi təsirlərini Amerikanın səhm bazarlarında da göstərib. Amerikanın fond bazarlarında müşahidə edilən sürətli eniş dalğası, dolların aparıcı valyutalara nisbətən qiymətlərinə də ucuzlaşma ilə təsir edib.


Foreks bazarlarında dollar 0.3% ucuzlaşa bilər. 

Foreks bazarlarında dolların qiymətləri cari həftənin maksimum səviyyəsi altında qaldıqca, əlavə olaraq 0.3% də ucuzlaşa bilər.


Neft qiymətləri təzyiq altında. 

Dünya iqtisadiyyatında zəifləmə neftə olan tələbin də azalmasına təsir edir və Avropanın Brent neftinin bir barel qiyməti də 59$-a kimi dəyər itirə bilər.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 21:00-da açıqlanacaq Amerikanın neft platformalarının sayı ilə bağlı önəmli statistik məlumatlar da investorların diqqət mərkəzindədir.