ABŞ-ın fond indeksləri son 22 ilin maksimumunda

19 Aprel 2019

Dünya birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma müvəqqəti qiymətləndirilsə də lirə də təzyiq altındadır.

ABŞ-ın fond indeksləri son 22 ilin maksimumunda

Amerikanın fond bazarlarında və dollarda bahalaşma. 

Amerikanın səhm bazarlarında qiymətlərin bahalaşması, cümə axşamı dolların aparıcı valyutalara nisbətən qiymətlərinin də bahalaşmasına səbəb olub. Belə ki, Amerikanın “S&P” və “Dow Jones” indeksləri son 22 ilin maksimum səviyyələrində ticarət edilirlər.


Avronun yenidən 1.13$-a kimi bahalaşma proqnozları. 

Beləliklə, EUR/USD məzənnəsi də yenidən 1.12$-a kimi ucuzlaşıb, lakin yenidən 1.13$-a kimi bahalaşa biləcəyi proqnozları aktuallığını qoruyur. Təhlillərə əsasən, avro 1.1242$-ı yuxarı istiqamətdə qırarsa, 1.1257 və 1.1267$-a kimi bahalaşa bilər.


USD/TRY 5.98TL-yə kimi də bahalaşa bilər. 

Türkiyə birjalarında da dolların bahalaşması müşahidə edilir və 5.84TL yuxarı istiqamətdə qırılarsa, 5.90 və 5.98TL-yə kimi də bahalaşmanın şahidi ola bilərik.