ABŞ-ın inflyasiyası diqqət mərkəzində

13 Oktyabr 2017

Beynəlxalq birjalarında aparıcı valyutaların dollara nisbətən məzənnələri yenidən ucuzlaşmağa başlayıb.

ABŞ-ın inflyasiyası diqqət mərkəzində

Beynəlxalq valyuta birjalarında aparıcı valyutaların dollara nisbətən məzənnələri yenidən ucuzlaşmağa başlayıb. Belə ki, EUR/USD məzənnəsi 1.1825$, Türk lirəsi isə 3.67TL-ə kimi ucuzlaşıb.

Əlvan metallar bazarlarında da son bir həftə ərzində 1297$-a kimi 3% bahalaşan qızılın qiymətində, artım dinamikasının zəifləməsi müşahidə edilir.

Enerji bazarlarda isə ticarət aktivliyinin artdığı müşahidə edilir. Amerikanın neft ehtiyatlarında azalma ilə bağlı cümə axşamı açıqlanan məlumatlar, Avropanın Brent markalı neftinin bir barel qiymətinin 57.15$-a kimi də bahalaşa biləcəyi proqnozlarını gücləndirir. Bu baş verərsə, qiymət 58.00$-a kimi də dəyər qazana bilər.

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da ABŞ-da inflyasiya ilə bağlı statistik məlumatlar açıqlanacaqdır və beləliklə, dünya birjalarında ticarət aktivliyinin daha da artması gözlənilir.