ABŞ-ın mənfi saldosu az azalıb

20 İyun 2019

ABŞ-ın xarici əməliyyatlarında mənfi saldo 2019-cu ilin birinci rübündə 18.9 milyard proqnozlaşdırılmasına baxmayaraq, 13.9 milyard dollar azalıb.

ABŞ-ın mənfi saldosu az azalıb

Amerika hökümətinin açıqladığı rəsmi məlumatlara əsasən, birinci rübdə cari əməliyyatlar hesabında mənfi saldo 130 milyard dollara çatıb. Bu göstərici dördüncü rübdə 143.9 milyard dollar idi və maliyyə bazarlarında mənfi saldonun 125 milyard dollara kimi azalma proqnozlaşdırılırdı. 


2018-ci ilin dördüncü rübündə göstərici son doqquz ilin maksimum səviyyəsinə çatmışdır. 


Cari əməliyyatlar hesabı ticarət balansı ilə yanaşı pul transferlərini də nəzərdə tutan statistik sistemdir.