ABŞ-ın mənfi saldosu daha çox artıb

27 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında Amerikanın cari əməliyyatları ilə bağlı açıqlanan mənfi fundamental göstəricilər investorların diqqət mərkəzindədir.

ABŞ-ın mənfi saldosu daha çox artıb

ABŞ-ın xarici əməliyyatlarında mənfi saldo 2018-ci ilin dördüncü rübündə 7.8 milyard dollar artıb. ABŞ hökümətinin çərşənbə günü açıqladığı rəsmi məlumatlara əsasən, cari əməliyyatlar hesabında mənfi saldo dördüncü rübdə 126.6 milyard dollardan 134.4 milyard dollara yüksəlib. Bu, son doqquz ilin maksimum səviyyəsidir. 


Mütəxəssislər isə 130.0 milyard dollara kimi artım proqnozlaşdırırdılar. Statistik göstəricilərin proqnozları daha pis açıqlanması, risklərin gözləniləndən çox olmasına işarədir. 


Cari əməliyyatlar hesabı ticarət balansı ilə yanaşı pul transferlərini də nəzərdə tutan statistik sistemdir.