ABŞ-ın mənfi ticarət saldosu azalır

06 İyun 2018

Amerikanın mənfi ticarət balansı mart və aprel aylarında azalaraq, 2018-ci ilin minimum səviyyəsinə düşüb və daha da azalması gözlənilir.

ABŞ-ın mənfi ticarət saldosu azalır

Amerikanın statistika idarəsinin çərşənbə günü verdiyi rəsmi məlumatlara əsasən, mənfi ticarət saldosu ikinci aydır azalaraq aprel ayında 46.20 milyard dollara kimi azalıb. Bu göstərici mart ayında 47.20 milyard dollar idi. ABŞ-ın idxalı aprel ayında 257.44 milyard dollar olmaqla, 211.25 milyard dollarlıq ixracı üstələməkdədir. 


Məlumatların açıqlanması maliyyə bazarlarında dolların aparıcı valyutalara nisbətən güclü əks reaksiya verməyib. Bu, keçən həftənin cümə günü açıqlanan güclü əmək bazarı göstəriciləri fonunda da müşahidə edilmişdir. Bazarlarda daha çox gələcək həftələr ərzində baş verəcək güclü hadisələri gözləyirlər. Bura Amerika və Avropa mərkəzi banklarının qərar və açıqlamaları və "OPEC+" razılaşmasının yenidən müzakirəsi daxildir. 


Qeyd etmək lazımdır ki, ABŞ höküməti idxal siyasətini sərtləşdirərək, artıq Avropa, Kanada və Meksika məhsullarına olan idxal rüsumlarını artırıb. Bununla da, ölkə idxal həcminə nəzarəti gücləndirir, daxili istehsalın, qiymətlərin, əmək haqlarının artmasına və dövlət borcunun azalmasına səbəb olur. Amerika dövlət borcuna görə (105.4%) dünyada 5-ci yerdədir.