ABŞ-ın məşğulluq səviyyəsində güclü artım

07 Fevral 2020

Amerikada məşğulluq səviyyəsində güclü artım müşahidə edilib, əmək haqlarının illik dinamikası isə 3.1%-ə yüksəlib.

ABŞ-ın məşğulluq səviyyəsində güclü artım

Amerikada işsizlik 0.1% artsa da məşğulluq səviyyəsində aylıq artım göstəricisi proqnozlaşdırılandan daha yüksək açıqlanıb və əmək haqlarının illik dinamikası da 3.1%-ə yüksəlib. 

Amerikanın statistika idarəsinin cümə günü açıqladığı rəsmi məlumatlara əsasən, yanvar ayında işsizlik 3.6% (əvvəl 3.5%), məşğulların sayı isə aylıq müqayisədə 225 (ə. 147) min nəfər artıb. Mütəxəssislər isə işsizliyin dəyişməyəcəyini, məşğulluğun isə yalnız 160 min nəfər artacağı proqnozlaşdırılırdı. 

Orta saatlıq əmək haqlarında isə aylıq artım dinamikası 0.2, illik 3.1% olub. İqtisadçılar aylıq dinamikanın 0.3%-ə yüksələcəyini, illik dinamikanın  3% səviyyəsində qalacağını ehtimal edirdilər. 

Qeyd etmək lazımdır ki, işsizliyin artması mənfi siqnal kimi qiymətləndirilsə də tam məşğulluq səviyyəsində olması az narahat edicidir. Eyni zamanda, məşğulluq səviyyəsində güclü artım gələcək aylarda işsizliyə də müsbət təsir edə bilər. 

SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%
SimvolSonFərqFərq%