ABŞ-ın neft ehtiyatları məlumatları açıqlanacaq

22 Noyabr 2017

Foreks bazarlarında Avro 1.17$, funt sterlinq 1.32$-a ticarət edilir, Türk lirəsi ucuzlaşmaqda davam edir, neft qiymətləri isə bahalaşır.

ABŞ-ın neft ehtiyatları məlumatları açıqlanacaq

Dünya valyuta birjalarında avro 1.17$, funt sterlinq 1.32$-a ticarət edilir. Türkiyə maliyyə bazarlarında isə Türk lirəsi ucuzlaşmaqda davam edir, neft qiymətləri isə bahalaşıb.

Avro ucuzlaşıb, Funt bahalaşır. 

Təhlillərə əsasən, cari həftənin başlaması ilə təqribən 0.6% ucuzlaşan avro və əlavə olaraq 1%-ə kimi də ucuzlaşa bilər. 1.32$-ın üzərində ticarət edilən funt sterlinqin qiyməti isə sözügedən səviyyənin üzərində qaldıqca, 1.34$-a kimi də bahalaşacağı proqnozları güclü olaraq qalır.

Türk lirəsi 4.00TL-ə kimi ucuzlaşa bilər. 

3.9769TL-ə kimi bahalaşan USD/TRY məzənnəsi isə 3.9640TL-nin üzərində ticarət edildikcə, 4.00TL-ə kimi də bahalaşacağı proqnozlaşdırılır.

Neft qiymətləri artım dalğasında. 

Enerji bazarlarında da Avropanın Brent neftinin bir barel qiyməti 63$-a kimi bahalaşıb və 64$-a kimi də bahalaşa bilər. Eyni zamanda, bu gün Bakı vaxtı ilə saat 19:30-da ABŞ-da neft ehtiyatları ilə bağlı önəmli fundamental məlumatal açıqlanacaqdır.