ABŞ-ın neft ehtiyatlarında azalma ehtimalları

10 Aprel 2019

Beynəlxalq enerji birjalarında neftə güclü təsir edə biləcək önəmli fundamental göstəricilər investorların diqqət mərkəzindədir.

ABŞ-ın neft ehtiyatlarında azalma ehtimalları

Dünya maliyyə bazarlarında bu həftə ərzində Avropanın Brent markalı nefti 71.00$ səviyyəsini keçərək 2019-cu ilin maksimumunu yaradıb.  Bu gün Bakı vaxtı ilə saat 18:30-da yayımlanacaq ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəricilərin qiymətə təsir etməsi gözlənilir. Keçən həftə 7.237 milyon barel artımla açıqlanan göstəricinin, bu həftə 2.294 milyon barelə qədər azalması proqnozlaşdırılır.