ABŞ-ın pərakəndə satış sektoru diqqət mərkəzində

01 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün böyük maraqla gözlənilən göstəricilər arasında ABŞ-ın pərakəndə satış dövriyyəsi ilə bağlı göstəricisi yer alır.

ABŞ-ın pərakəndə satış sektoru diqqət mərkəzində

Bu gün treyderlərin diqqət mərkəzində olan əsas fundamental xəbərlərdən biri də ABŞ-da pərakəndə satışların həcmi ilə bağlıdır.  Bakı vaxtı ilə saat 16:30-da dərc ediləcək nəticələrə baxdıqda, fevral ayı üçün pərakəndə satışların həcminin 0.1% artaraq 0.3%-ə çatacağı, pərakəndə satışların baza indeksinin həcminin isə 0.5% azalaraq 0.4%-ə düşəcəyi proqnozlaşdırılır. Proqnozlar özünü doğruldarsa, ABŞ dolları maliyyə bazarlarında nisbətən dəyər itirə bilər.