ABŞ-ın sənaye istehsalında sürpriz azalma

15 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında böyük maraqla gözlənilən Amerikanın sənaye sektoru ilə bağlı fundamental məlumatlar məyus edici açıqlanıb.

ABŞ-ın sənaye istehsalında sürpriz azalma

Amerikanın sənaye sektorunda aktiv yanvar ayında zəifləyib. ABŞ-ın statistika idarəsinin cümə günü yayımladığı rəsmi məlumatlara əsasən, ölkədə sənaye istehsalı yanvar ayında dekabr ayı ilə müqayisədə 0.6% azalıb. Bu göstərici 2017-ci ilin sentyabr ayından bugünə kimi ən zəif göstəricidir. Mütəxəssislər isə 0.1%-lik artım proqnozlaşdırırdılar. 


Emal sənayesində isə azalma daha çox - 0.9% olub. Burada da iqtisadçılar 0.1%-lik artım ehtimal edirdilər.