ABŞ-ın sənaye istehsalında zəif artım

15 Dekabr 2017

Sənaye istehsalı ilə bağlı fundamental məlumatların açıqlanmasından sonra dolların aparıcı valyutalara nisbətən orta qiyməti qismən bahalaşıb.

ABŞ-ın sənaye istehsalında zəif artım

Amerikanın statistika idarəsinin cümə günü verdiyi məlumata görə, ABŞ-da noyabrda sənaye istehsalı keçmiş ayla müqayisədə 0.2% artıb. Mütəxəssislər isə 0.3%-lik artım gözləyirdilər. 2017-ci ildə ən yüksək artım oktyabr ayında müşahidə edilib (1.2%). Beləliklə, artım dinamikasının zəifləməsi maliyyə bazarlarında mənfi tendensiya kimi qiymətləndirilməyə bilər, çünki oktyabr ayında güclü artımdan sonra dinamikanın qismən azala bilər. Məhz gələcək aylarda zəif dinamika davam edərsə, bu, ciddi təhlükə hesab edilə bilər. 

Bununla yanaşı, cümə axşamı ABŞ-da pərakəndə satış dövriyyəsinin də aylıq müqayisədə 0.8% artması xəbəri verilmişdi. Bu isə həm oktyabr ayının (0.5%), həm də mütəxəssislərin gözləntilərindən (0.3%) yüksək olub. 

Məlumatların açıqlanmasından sonra dolların aparıcı valyutalara nisbətən orta qiyməti qismən bahalaşıb.