ABŞ-ın sənaye sektoru diqqət mərkəzində

20 Sentyabr 2018

ABŞ-ın cari əməliyyatlar balansı ilə bağlı müsbət məlumatlardan sonra bu gün də güstəricilər müsbət açıqlanarsa, dollar yenidən bahalaşmağa başlaya bilər.

ABŞ-ın sənaye sektoru diqqət mərkəzində

Beynəlxalq valyuta birjalarında son vaxtlar ABŞ-ın üçüncü rüb üzrə iqtisadi göstəricilərinin zəif açıqlanması, dolların avqust ayının minimum səviyyələrinə kimi ucuzlaşmasına səbəb olmuşdur.


Hal-hazırda sözügedən səviyyələrdə ticarət edilən dolların gələcək qiyməti də bu gün Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın sənaye sektoru ilə bağlı önəmli fundamental məlumatlardan asılı olacaqdır. Maliyyə bazarlarında gözləntilər göstəricilərin müsbət yayımlana biləcəyi istiqamətindədir.


Bu baş verərsə, son vaxtlar 1.17$-ın üzərində möhkəmlənə bilməyən avronun qiyməti yenidən 1.16$-a kimi ucuzlaşa, Lirənin məzənnəsində də 6.52TL-yə kimi ucuzlaşma müşahidə edilə bilər.