ABŞ-ın sənaye sektoru üzrə indeks müsbət açıqlandı

18 Oktyabr 2018

İnvestorların Filadelfiya şəhərində sənaye sektoruna olan inamlarını ölçən indeksin gözləntilərdən az zəifləməsi, Foreksdə dolları daha da bahalaşdırıb.

ABŞ-ın sənaye sektoru üzrə indeks müsbət açıqlandı

Amerika Mərkəzi Bankının Filadelfiya üzrə ofisinin cümə axşamı açıqladığı rəsmi məlumatlara görə, Filadelfiyada fəaliyyət göstərən 250 fabrik arasında aparılan sorğunun nəticələri üzrə orta indeks iyun ayında 22.9 punktdan 22.2 punkta düşüb. Lakin analitiklər göstəricinin 19.7 punkta düşəcəyini gözləyirdilər. Göstərici ABŞ iqtisadiyyatı üzrə "ISM" indeksinin proqnozlaşdırılması üçün önəmlidir. 


Qeyd etmək lazımdır ki, FED-in istehsal indeksi fevral ayında 43.3 punkt ilə təqribən son 33 ilin maksimum səviyyəsinə yüksəldikdən sonra ABŞ-da yeni hökümətin həyata keçirməyə başladığı yeni xarici ticarət siyasəti nəticəsində 2018-ci ilin avqust ayına kimi 11.9 punkta kimi azalmışdır. Sentyabr və oktyabr ayları ərzində isə göstərici 22.0 punktun üzərində açıqlanmaqdadır. Amerikanın oktyabr ayı üzrə "ISM" indeksinin noyabr ayının 1-də yayımlanmsı gözlənilir.


Filadelfiya Nyu Yorkdan sonra Amerikanın böyük iqtisadi potenisalına sahib şəhərdi, xüsusilə sənaye sektoru. Amerika sənayesində aktivliyin artması, Amerika Mərkəzi Bankının faiz artımı üzrə gözləntilərinin də artmasına və beləliklə, dolların foreks bazarlarında da bahalaşmasına səbəb olur. 


Məlumatların açıqlanmasından sonra çərşənbə günündən etibarən bahalaşmağa başlayan dollar indeksi artımını daha da gücləndirib.