ABŞ-ın sənaye sektorunda aktivlik artıb

16 May 2019

Dünya maliyyə bazarlarında bu gün böyük maraqla gözlənilən sənaye sektoruna dair önəmli fundamental göstəricilər proqnozlaşdırılandan yaxşı açıqlanıb.

ABŞ-ın sənaye sektorunda aktivlik artıb

İnvestorların Filadelfiya şəhərində sənaye sektoruna olan inamlarını ölçən indeksin gözləntilərdən daha yüksək açıqlanması maliyyə bazarlarında dolları daha da bahalaşdıra bilər.


Amerika Mərkəzi Bankının Filadelfiya üzrə ofisinin cümə axşamı açıqladığı rəsmi məlumatlara görə, Filadelfiyada fəaliyyət göstərən 250 fabrik arasında aparılan sorğunun nəticələri üzrə orta indeks may ayında 8.5 punktdan 16.6 punkta yüksəlib. Halbuki analitiklər göstəricinin 10 punkta qədər yüksələcəyini proqnozlaşdırırdılar. Göstərici ABŞ iqtisadiyyatı üzrə "ISM" indeksinin proqnozlaşdırılması üçün önəmlidir.