ABŞ-ın sənaye sektorunda işgüzar mühiti güclənməkdə

04 Sentyabr 2018

Amerikanın sənaye sektoru ilə bağlı göstəricilərin gözləntiləri üstələməsi, FED-in faiz artımı proqnozlarını və dolların bahalaşmasını daha da gücləndirib.

ABŞ-ın sənaye sektorunda işgüzar mühiti güclənməkdə

ABŞ-ın bazar təchizatının araşdırılması institutunun (ing.: "İnstitute for Supply Management", "ISM") çərşənbə axşamı açıqladığı rəsmi məlumatlar gözləntiləri üstələyib. Qurum tərəfindən dərc edilən sənaye bazarı üzrə biznes mühiti indeksi avqust ayında 61.3 punkt ilə maksimum səviyyələrini yeniləyib. Mütəxəssislər iyul ayında 58.1 punkta düşən göstəricinin 57.6 punkta kimi də düşə biləcəyini ehtimal proqnozlaşdırırdılar. 


Göstərici 2004-ci ilin may ayında 61.4 punkt ilə maksimum səviyyələrinə çatdıqdan sonra 2008-ci ilin dekabr ayında 32.9 punkta kimi azalmışdır. 2009-ci ilin yanvar ayından etibarən artmağa başlayan göstərici, bu gün artıq son pn dört ilin maksimum səviyyəsinə çatıb. 


Məlumatların açıqlanmasından sonra gün ərzində 0.5% dəyər qazanan dolların aparıcı valyutalara nisbətən qiymətləri daha da bahalaşıb. Göstəricinin müsbət açıqlanması, ABŞ-da müşahidə edilən rüblük sürətli inkişafın (4.2%) dayanıqlığı fonunda gözləntiləri və beləliklə, Amerika Mərkəzi Bankının (FED) ilin sonuna kimi əlavə iki faiz dəfə artıracağı ehtimallarını da gücləndirir.