ABŞ-ın sənaye sektorundan mənfi siqnallar gəlməkdə

18 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında dolların qiymətlərinə təsir edə biləcək fundamental göstəricilər investorların diqqət mərkəzindədir.

ABŞ-ın sənaye sektorundan mənfi siqnallar gəlməkdə

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən məzənnələri təzyiq altında qalmaqdadır.


ABŞ-ın sənaye sektorunda istehsalın illik artım dinamikasının 2.8% ilə son bir ilin minimum səviyyəsinə kimi azalması, dolların ucuzlaşması proqnozları üçün ciddi siqnallardır.


Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 16:30-da Amerika mərkəzi bankının sənaye sektoruna dair daha önəmli fundamental göstəriciləri açıqlanacaqdır.