ABŞ-ın sərt gömrük siyasəti açıqlamalarının nəticələri

09 Mart 2018

Bazarlar AMB-nin yumşaq monetar siyasətinin sonuna hazırlaşmasına baxmayaraq, qeyri-müəyyənliyə səbəb olan digər hadisələrin cavabını da gözləyirlər.

ABŞ-ın sərt gömrük siyasəti açıqlamalarının nəticələri

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi Avropa Mərkəzi Bankının mətbuat konfransından sonra 1.23$-a kimi sürətlə ucuzlaşmağa başlayıb. Avroya təzyiq edən əsas fundamental faktorlar ABŞ-ın sərt gömrük siyasəti və inflyasiyanın aşağı olmasıdır. Mario Draqi də cümə axşamı tək tərəfli ticarət qərarlarının təhlükəli olduğunu vurğulayıb. Lakin Avropa ABŞ-ın yeni gömrük siyasəti siyahısından çıxarıla və ya Avropa da cavab addımı ata bilər. Ucuzlaşan maliyyə alətləri arasında funt sterlinq, Yaponiya yeni və qızıl qiymətləri də var.


ABŞ-dan “NFP” və işsizlik göstəriciləri açıqlanacaq. 

Bununla yanaşı, bu gün saat 17:30-da Amerikanın əmək bazarı ilə bağlı önəmli statistik göstəricilər açıqlanacaqdır və maliyyə bazarlarında güclü dalğalanma gözlənilir.