ABŞ-ın təkrar ev bazarında satışlar daha sürətlə azalır

22 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün böyük maraqla gözlənilən ABŞ-ın daşınmaz əmlak bazarında dair fundamental göstəricilər zəif açıqlanıb.

ABŞ-ın təkrar ev bazarında satışlar daha sürətlə azalır

Amerikanın təkrar daşınmaz əmlak bazarında satış dövriyyəsi proqnozlaşdırılandan daha çox azalıb. 


ABŞ hökümətinin bazar ertəsi açıqladığı rəsmi məlumatlara əsasən, ikinci mənzil bazarında illik satılan evlərin sayı mart ayında aylıq müqayisədə 4.9% azalmaqla, illik göstərici 5.21 milyon evə kimi azalıb. Fevral ayında aylıq satış dövriyyəsi 11.2% artmaqla, illik satılan evlərin sayı 5.48 milyona çatmışdır. 


Mütəxəssislər isə yalnız 3.8%-lik aylıq azalma ilə illik göstəricinin də yalnız 5.30 milyon evə kimi azalacağını ehtimal edirdilər. 


Bu, gələcəkdə inflyasiyanın arta biləcəyinə və ya investisiyaların alternativ, xüsusilə də qiymətli kağızlar bazarlarına istiqamətləndirilməsinə işarədir. Amerikanın fond indeksləri son günlər bahalaşmaqda davam edərək, 1928-ci ildən etibarən maksimum səviyyələrində ticarət edilməkdədir.