ABŞ-ın tikinti sektorunda böyük azalma

26 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında bu gün böyük maraqla gözlənilən fundamental göstəricilər proqnozlaşdırılandan da çox pis açıqlanıb.

ABŞ-ın tikinti sektorunda böyük azalma

ABŞ hökümətinin tikinti bazarı ilə bağlı açıqladığı rəsmi məlumatlara əsasən, tikinti icazələrinin sayı fevral ayında 1.6%, tikintisi başlanılan evlərin sayı isə 8.7% azalıb. Mütəxəssislər icazələrin sayında yalnız 1.3%, tikintidə isə 0.8% azalma proqnozlaşdırırdılar. 


Beləliklə, tikinti icazələrinin illik sayı da 1.317 milyondan 1.296 milyona, tikintisi başlanılan evlərin sayı isə 1.273 milyondan 1.162 milyona düşüb.